Minifutbol üzrə Azərbaycan millisi dördüncü yeri tutdu

post-img

Minifutbol üzrə Azərbaycan milli komandası Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq turnirdə dördüncü yeri tutub. Belə ki,  bu gün seçmə komandamız üçüncü yer uğrunda Qazaxıstan təmsilçisi ilə görüşüb. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qalib 11 metrlik zərbələr seriyasında (penalti) müəyyənləşib. 

Penaltilər seriyasında daha dəqiq oynayan  Qazaxıstan millisi qələbə qazanıb - 4:3 hesabı ilə qalib gələeək üçüncü yeri tutub.

Qeyd edək ki, finalda Serbiya və Çexiya seçmələri qarşılaşacaq. 

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman