Beynəlxalq turnirdə bədii gimnastlarımızdan bürünc medal

post-img

Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri fərdi gimnastlar Alina Məmmədova, Kamilla Seyidzadə (böyüklər), Şəms Ağahüseynova, Nuray Əhmədzadə (gənclər), eləcə də Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası Portuqaliyanın Portimao şəhərində beynəlxalq turnirdə iştirak edir. Komandamız artıq ilk medalını qazanıb. 

Yığma komandamızın üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə gənclər arasında komanda hesabında bürünc medala sahib olublar. 

Beynəlxalq turnir davam edir.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman