Şotlandiyalı qonaqlar: "Bakı müasir şəhərdir"

post-img

Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün Şotlandiyadan ölkəmizə qonaq gələn Toni Snedon oğlu  ilə birlikdə Bakıya səfər etdiklərini bildirdi.  Şotlandiyalı qonaq dedi ki, oğlum da, mən də hər ikimiz Maks Ferstappenə azarkeşlik edirdik. Yarış, ümumilikdə, onun üçün o qədər də pis alnmadı. Biz onun yarışı birinci pillədə başa vurmasını istəyirdik. Ancaq o, ikinci oldu. Ümumi nəticə qənaətbəxşdir deyə bilərik”.

Qonaqlar Bakıya ilk dəfə səfər etdiklərini və şəhərə heyran olduqlarını gizlətmədilər: “Bakı müasir şəhərdir. Təəssüf ki, yarışları izləmək üçün gəldiyimizə görə, şəhərinizi çox gəzmək imkanımız olmadı. Buna görə də, növbəti dəfə yarışdan bir neçə gün öncə Bakıya səfər etməyi fikirləşirik”.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman