Sergey Petrov: "Özümü Sankt-Peterburqdakı kimi hiss edirəm"

post-img

Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gələn rusiyalı qonaq Sergey Petrov "Xalq qəzeti"ə yarışla bağlı fikirlərini bildirib.

Rusiyalı qonaq deyib: "Bakıda ilk dəfədir oluruq. Biz Sankt-Peterburqdan gəlmişik. Ancaq buranı çox sevdik.  Düzünü deyim ki, özümü Sankt-Peterburqdakı kimi hiss edirəm. İnsanların çöhrəsində təbəssüm var. Bizi hər yerdə ehtiramla qarşılayırlar. Burada olarkən Bakının daha üç il yarışları keçirəcəyi ilə bağlı məlumat aldıq. Qərara gəlmişik ki, növbəti yarışları izləmək üçün mütləq Bakının qonağı olaq".

Nataliya Petrov da ilk dəfə Bakıda olmaqlarına baxmayaraq, burada özlərini çox rahat hiss etdiklərini və Azərbaycanın təhlükəsizlik məsələlərinə yüksək diqqət yetirdiyini və yarışın da dünya standartlarına cavab verəcək şəkildə təşkil olunduğunu söylədi. 

Sonda qonaqlar bildirdilər ki, Bakı üçün sözün əsl mənasında darıxacaqlar. Onlar qısa zaman ərzində Bakıya heyran olduqlarını və şəhərimizin qonaqpərvərliyini heç zaman unutmayacaqlarını söylədilər.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman