Cey Şah: "Peresin qalib olması bizi ikiqat sevindirdi"

post-img

Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə qonaq gələn hindistanlı azarkeş Cey Şah "Xalq qəzeti"nə yarışla bağlı təəssüratlarını açıqlayıb. 

O, qəzetimizə müsahibəsində dedi: "Azərbaycanda olmaqdan mənnun olduq. Bakıya ailəmlə gəlmişəm. Oğlumla yarışın həyəcanını yaşamaq üçün növbəti il də Bakıya gəlməyi düşünürük. Həqiqətən Bakıda hər şey çox yüksək səviyyədə təşkil edilib. İnsanların qonaqpərvərliyi yarışın rəhninə rəng qatır. Mən "Red Bull Racing" komandasına azarkeşlik edirdim.  Onun pilotu Serxio Presin yarışın qalibi olması bizi ikiqat sevindirdi".

O qeyd etdi ki, qalibin mükafatlandırılma mərasimi də yüksək səviyyədə keçdi.

Elçin ABBASOV,
"Xalq qəzeti"



İdman