Rusiyalı qonaqlar: "Biz Bakıya valeh olduq"

post-img

Ölkəmizdə yeddinci dəfə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün Bakı gələn rusiyalı gənc cütlük Aleksey Çernışev və xanımı Varvara Çernışev yarışla bağlı "Xalq qəzeti"nə fikirlərini bölüşüblər.

Moskvadan şəhərimizə təşrif buyuran Çernışev ailəsi Bakının təmiz və cazibədar şəhər olmasına və burada insanların qonaqpərvərliyinə diqqət çəkiblər: “Bakıda möhtəşəm atmosfer var. Azərbaycanlılar  çox qonaqpərvərdirlər. Deyə bilərik ki, Bakı Qafqazın incisidir. Buranın yeməkləri də çox əla və nəfis hazırlanır. Biz Bakıya valeh olduq. Mən özüm yüksək texnologiyalar sahəsində çalışıram. Yay aylarına məzuniyyət günlərimizi gözəl Bakıda keçirməyi düşünürük".

"Hansı komandaya azarkeşlik edirsiniz?" sualını rusiyalı qonaqlar belə cavablandırıblar: “Mercedes” komandasına azarkeşlik edirik. Luis Hemiltonu dəstəkləyirik".

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman