Belaruslu qonaq: Azərbaycan Qran-Prisi möhtəşəm təşkil olunub

post-img

Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə gələn azatkeşlərdən biri də belaruslu qonaq Vaşa Mirçukdur. O, "Xalq qəzeti"nə verdiyi açıqlamada bildirdi ki, Azərbaycan yarışa yüksək səviyyədə hazırlaşıb: "Həqiqətən də hər şey çox möhtəşəm idi. Biz Bakıda heç bir yerdə indiyədək görmədiyimi qonaqpərvərliklə yanaşı, yüksək səviyyədə təşkilatçılığın şahidi olduq". 

"Bakı yaddaşımızda unudulmaz xatirələrlə qaldı. Yarış çox həyəcanlı idi. Qismət olsa, gələn il də Bakıya yarışı izləməyə gələcəyik. Mən gələn dəfə ailəmlə birgə buraya gəlməyi düşünürəm",-deyə Mirçuk sözlərinə əlavə etdi.


Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman