Stolüstü tennisçilərimiz gümüş medal qazanıblar

post-img

Azərbaycan stolüstü tennisçiləri daha bir beynəlxalq yarışda uğurla çıxış ediblər. Budəfəki nailiyyət Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində iştirak edən U-13 milli komandamızdan gəlib. 

Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız dörddəbir finalda Sloveniya millisini 5-1, yarımfinalda isə ev sahibinin digər kollektivini 5-0 hesabı ilə üstələyərək həlledici mərhələyə adlayıb. 

Komandamızın finaldakı rəqibi Çexi­ya seçməsi olub. Həlledici mərhələdə rəqib komandaya 1:5 hesabı ilə uduza­raq gümüş medalla kifayətləniblər. 

Qeyd edək ki, Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparıblar. 

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman