Bu gün hava necə olacaq?

post-img

Aprelin 29-da 

Bakıda və Abşeron yarımadasın­da dəyişkən buludlu olacağı, arabir tutula­cağı, əsasən yağmursuz keçəcəyi gözlə­nilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Gecə 11-15°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı göz­lənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 8-13°, gündüz 20-25° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 4-9°, gündüz 12- 17°, bəzi yerlərdə 19° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbə­cər, Qubadlı, Laçın, Zəngilan rayonların­da gün ərzində bəzi yerlərdə arabir yağın­tılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şim­şək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 4-9°, gündüz 12-17°, bəzi yerlərdə 20-23° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şim­şək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 10-15°, gündüz 22-27° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingə­çevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxa­cağı, arabir yağıntılı olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə ara­bir güclənəcək. Gecə 8-13°, gündüz 22- 27°, dağlarda gecə 4-9°, gündüz 15-20° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kürdə­mir, İmişli, Ağcabədi, Beyləqan, Sabira­bad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 12-16°, gündüz 24-29° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara, Cəlilabad rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi eh­timalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 12-16°, gündüz 22-27°, dağlarda gecə 11-15°, gündüz 18-23° isti olacaq. 

 

Ekologiya