Gimnastımız dünya kubokunun finalına yüksəlib

post-img

Misirin paytaxtı Qahirədə keçirilən dünya kubokunda Azərbaycanın idman gimnastı Nikita Simonov uğurlu çıxışını davam etdirir. 

27 yaşlı idmançı halqalar ilə hərəkətlərin icrasında yüksək nəticə göstərərək finala vəsiqə əldə edib. Final çıxışları aprelin 29-da olacaq. 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman