Artıq çəkidən bezmisinizsə...

post-img

Artıq çəkidən qurtulmağın bir çox yolu var. Bəziləri yüksək kalorili qida­ların istifadəsini məhdudlaşdırır, digər­ləri fiziki aktivliyi artırır, başqaları isə arıqlamaq üçün həblərə əl atırlar. Arıq­lamaq arzusunda olan insanlar tərəfin­dən istifadə edilən dərman bitkilərinin üstünlükləri var. Onlar maddələr mü­badiləsini yaxşılaşdırır, mədə-bağırsaq traktının işini normallaşdırır, sinir sis­temini sakitləşdirir, fiziki dözümlülüyü və fiziki fəaliyyəti artırır. 

Həkimlər aşağıdakı bitkilərə diqqət yetirməyi məsləhət görürlər: 

Çəmən otu: – Müasir tibbdə bitkidən antioksidant və iltihab əleyhinə istifadə edilir. Maddələr mübadiləsini yaxşılaşdı­rır və arıqlamağa kömək edir. Liflə zən­gin olan bitkinin toxumları bağırsaqlarda əmələ gələn lipidlərə və qlükozaya təsir edir.

Qırmızı bibər: – Piylənməyə qar­şı profilaktik tədbir olaraq istifadə edilir. Müntəzəm olaraq ədviyyat kimi qəbulu arıqlamağa kömək edir. Çəmənotu kimi qırmızı acı bibər də toxluq hissi yaradır. Maddələr mübadiləsini sürətləndirir və termogenezi yaxşılaşdırır. Bədəndə yağ yandırma sürətini artırmağa kömək edir. 

Zəncəfil: – Kökünün köməyi ilə arıq­lamanın təsirini alimlər nadir kimyəvi maddələr olan gingerol və şoqalom ilə əlaqələndirirlər. Zəncəfil maddələr müba­diləsini sürətləndirir, iştahı azaldır və tez arıqlamağa kömək edir. Elmi təcrübələr göstərib ki, zəncəfilin içki şəklində qəbulu həm ümumi bədən çəkisini, həm də qarın yağını azaltmaq qabiliyyətinə malikdir. 

Yaşıl çay: – Qədim zamanlarda ömrü uzadan bitki kimi qiymətləndirirdilər. Onun əsasında hazırlanan içkilər xərçəng, in­sult, infarkt və digər ciddi xəstəliklərin kompleks terapiyası və qarşısının alın­masında istifadə olunur. Yaşıl çay qanda “pis” xolesterinin səviyyəsini aşağı salır, yaddaşı stimullaşdırır, beyin fəaliyyətini yaxşılaşdırır, sümükləri bərkidir və qan damarlarını gücləndirir. Tərkibindəki anti­oksidant maddələr mübadiləsini yaxşılaş­dırır və yağların yandırılmasına və arıqla­mağa kömək edir. 

Çobanyastığı: – Dəmləməsi sinir sistemini sakitləşdirir, soyuqdəyməni müalicə edir və bədəndən artıq mayenin çıxarılmasına səbəb olur. Həzm funksiya­sını yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir, yağların daha sürətli yanma­sına kömək edir. 

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat