“WhatsApp”dan yeni imkan

post-img

“WhatsApp” proqramı, nəhayət, eyni zamanda birdən çox fərqli telefondan şəxsi hesaba giriş dəstəyini təqdim edib. Bu barədə Mark Zukerberq açıqlama verib. 

Bildirilib ki, indiyədək istifadəçilər şəxsi “WhatsApp” hesabından bir te­lefonda və bir neçə köməkçi masaüstü cihazda istifadə edə bilirdilər. Lakin ar­tıq dörd telefondan eyni hesaba daxil olmaq mümkündür. 

Yeni təqdimatla istifadəçilərin me­sajları digər telefonlar da daxil olmaqla cihazlar arasında sinxronlaşdırılacaq. Beləliklə, istifadəçilər bir cihaz söndü­rülsə belə, digər cihazlardan tətbiqə daxil ola biləcəklər. “WhatsApp” bu funksiyanın yaxın həftələrdə bütün is­tifadəçilər üçün əlçatan olacağını bildi­rib.

M. Zukerberq bloq yazısında bildi­rib: “Artıq mobil telefonlarda “QR kod”u oxutmaq əvəzinə, “WhatsApp Web”də mobil nömrənizi daxil etməklə birdəfə­lik kod əldə edəcəksiniz. Gələcəkdə bu funksiyanı daha çox qoşulmuş cihazla­ra təqdim etməyi düşünürük”. 

Qeyd edək ki, “WhatsApp” 2 mil­yarddan çox istifadəçisi olan mesaj­laşma xidmətlərindən biridir. Bununla belə, söhbətlər və zənglər üçün tam şifrələmə mühafizəsi səbəbindən bu günə qədər birdən çox telefon dəstəyi yox idi. 

Şirkət 2021-ci ildə seçilmiş beta istifadəçiləri ilə çox cihaz uyğunluğu­nu sınamağa başlayıb. Həmin vaxt açıqlama verən “Facebook” (sonradan “Meta” adı verildi) tam şifrələmə və ci­hazlar arasındakı mesajları sinxronlaş­dırmaq üçün yeni texnologiya hazırla­dığını söyləyib. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Son xəbərlər