"Formula-1" yarışlarının keçirildiyi ərəfədə Bakıda olmağım mənim üçün sürpriz oldu

post-img

Bakını yalnız virtual görüntülərdən izləmişdim. Lakin şəhərinizi gözlərimlə gördükdən sonra çox bəyəndim. "Formula-1" yarışlarının keçirildiyi ərəfədə Bakıda olmağım isə mənim üçün əsl sürpriz oldu.

Bu fikirləri Bakıda qonaq olan pakistanlı Muhammed Hassan Solangi bildirib. 

O qeyd etdi ki, şəhərinizin ümumi görünüşü çox maraqlıdır. Həm Şərq, həm də Qərb üslublu tikililər var. Yarışların şəhər mərkəzində keçirilməsinin əsas özəlliyi də odur ki, paytaxtınızın gözəl yerlərini yarışları TV izləyiciləri də görə bilirlər. 

Anar Əli,
“Xalq qəzeti”

İdman