“Ximki”də yeni baş məşqçi

post-img

Rusiya Premyer Liqasında yeni baş məşqçi dəyişikliyi olub. Bu barədə "Sport-E kspress" portalı məlumat yayıb. 

Mənbə yazır ki, bundan sonra klubu təcrübəli mütəxəssis Andrey Talalayev çalışdıracaq. Məlumat  klubun mətbuat xidməti tərəfindən də təsdiqlənib. Bildirilib ki, 50 yaşlı mqtəxəssislə 5 illik müqavilə imzalanıb.

Yeri gəlmişkən, "Ximki"  22 turdan sonra 13 xalla ölkə çempionatının turnir cədvəlində 15-ci yerdədir. 

Qeyd edək ki,  komandada həmyerlilərimiz İlya Sadıqov və Ayaz Quliyev də çıxış edirlər.

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman