İtaliyada qızıl medal

post-img

Akademik avarçəkmə üzrə Azər­baycan yığma komandasının üzvü Diana Dımçenko daha bir beynəlxalq reqatada qızıl medal qazanıb. İdman­çımız bu uğura 31 mart – 2 aprel ta­rixlərində İtaliyada təşkil edilən “Pa­olo d’Aloja” memorialında imza atıb.

İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən və sayca 37-ci dəfə keçirilən beynəlxalq reqatada Diana bir nəfərlik qayıqla 2000 metr məsafəyə təsnifat mərhələsində 3-cü olub və finala vəsiqə qazanıb. Olduqca gərgin keçən final yü­rüşündə isə idmançımız ən yaxın izləyi­cisi serbiyalı Yovana Arsiki 1,05 saniyə geridə qoymaqla qızıl medala layiq gö­rülüb.

Finişə 3-cü çatan Özbəkistan təmsil­çisi, Tokio-2020 Yay Olimpiya Oyunları­nın bürünc mükafatçısı Anna Prakateni isə gümüş medaldan cəmi 1,3 saniyə ayırıb.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman