ADPU tələbələri CİS xəritələrinin hazırlanması prosesi ilə tanış oldular

post-img

Aprelin 1-də Azərbaycan Coğrafiya Cəmiyyətinin Azərbaycan Dövlət Pedaqoji Universiteti filialının təşkilatçılığı ilə Tarix və coğrafiya müəllimliyi ixtisasının III tədris ilinin TCM2001-2004B qruplarının tələbələri Coğrafiya informasiya sistemləri (CİS) fənni üzrə müəllimləri dosent Mətanət Əsgərova, İlhamə Qəribova və Seyidnisə Əliyevanın rəhbərliyi ilə  təcrübə mübadiləsi məqsədilə Azərbaycanda aparıcı CİS şirkətlərindən birində olmuşlar.

Şirkətin məsul şəxsləri, CİS  mühəndisləri və digərləri tələbələrə CİS, Azərbaydan CİS-in  inkişafı, CİS proqramları, istifadə olunan alətlər, praktik olaraq CİS xəritələrinin necə və hansı mərhələlər və üsullarla yaradılması, məlumat bazasının yaradılması, CİS-in əhatə etdiyi sahələr və şirkətin yerinə yetirdiyi layihələr barədə geniş məlumat verdilər. O cümlədən, əyani olaraq tələbələrə çöl dəqqləşdirmə işlərində istidə edilən dron, exolot, GPS və 360 dərəcə hərəkət edərək, sürətli şəkillər çəkən rəqəmsal aparatların istifadə qaydalarını və praktik olaraq CİS proqramlarında xəritə yaratmağın mərhələlərini nümayiş etdirildi.

Qeyd edək ki, CİS şirkəti məsafədən zondlama, eləcə də proqram təminatının hazırlanması sahəsində böyük təcrübəyə malikdir. Burada çalışan mütəxəssislər dünyanın müxtəlif aparıcı universitetlərində təhsil almaqla bərabər, bir sıra beynəlxalq seminar, konfrans və təlimlərdə iştirak etmişlər. Şirkətdə ArcGİS Pro və CİS ilə bağlı digər alternativ proqramlardan istifadə etməklə bir sıra layihələr yerinə yetirməkdədir, o cümlədən, “Kəlbəcərdə  Hypespektral çəkilişlə mineralizasiyanın təyin edilməsi”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi  fondunda olan mineral yataqlarının rəqəmsallaşdırılması”,  “Naxçıvan və Qarabağ ərazisi istisna olmaqla bütün rayonlar üzrə meliorasiya layihəsi (bütün suvarma şəbəkələrinin CİS data şəklində yığılması)”,  “Gpon (Gigabyte Passive Optical Network) texnologiyası ilə internet kabel sisteminin CİS proqramında çəkilməsi”, “Lidar 360 çəkiliş sistemi ilə data məlumatlarının yığılması“  kimi layihələri icra edir. Şirkət rəhbərliyi universiteti yeni bitirən məzunların işə qəbulunda da maraqlıdır. 

Sonda dosent Mətanət Əsgərova Avstraliyalı alim Əli Rasuli və akademik Qərib Məmmədovla birgə 2021-ci ildə ingilis dilində nəşr etdikləri “Mastering spatial data analysis / İnside the GİS setting” dərsliyini şirkətə hədiyyə etdi.

ADPU-2.jpg

Təhsil