Qılıncoynatmada tarixi nailiyyət

post-img

Qılıncoynatmanın sablya növündə yeniyetmə idmançımız Zərifə Hüsey­nova Bolqarıstanın Plovdiv şəhərin­də keçirilən yeniyetmə və gənclərin dünya çempionatında gümüş medal qazanıb. 

Qrup mərhələsini 5 qələbə ilə bitirən Zərifə Hüseynova yarımfinala gedən yolda Bolqarıstan, Koreya Respublikası, İtaliya və Macarıstanı təmsil edən sablyaçılara qalib gələrək ən güclü dördlüyə yüksəlib. 

İdmançımız yarımfinalda ABŞ sablyaçısı Jenna Şomana 15:13 hesabı ilə qalib gəlib. Finalda Macarıstan qılıncoy­nadanı Emese Domonkosla qarşılaşan Zərifə Hüseynova rəqibinə 12:15 he­sabı ilə uduzaraq dünya çempionatının gümüş medalını qazanıb. İdmançımız bununla da Azərbaycan qılıncoynatma tarixində ilkə imza atıb.

Xatırladaq ki, Zərifə Hüseynova daha öncə 2021-ci ildə Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatın­da bürünc medal qazanıb.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman