İnsbrukda bir qızıl, bir bürünc

post-img

Taekvondo üzrə İnsbrukda keçi­rilən açıq Avstriya çempionatı başa çatıb. Azərbaycan millisi G1 kateqori­yalı beynəlxalq yarışı 1 qızıl və 1 bü­rünc medalla başa vurub. 

Böyük məşqçi Elnur Amanovun rəh­bərliyi altında çempionatda çıxış edən yığmamızın heyətində Cavad Ağayev (74 kq) fəxri kürsünün ən yüksək pillə­sinə qalxıb. 1/32 finaldan mübarizəyə başlayan dünya çempionatının müka­fatçısı ardıcıl olaraq Ukrayna, Almaniya, Xorvatiya və Qazaxıstan idmançılarını məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə də qazaxıstanlı taekvon­doçuya qalib gələrək, Avstriyada Azər­baycan himnini səsləndirib.

Komandamızın aktivinə digər müka­fatı Taleh Süleymanov (87 kq) yazdırıb. Reytinqinə görə ilk mərhələdən azad olan idmançı mübarizəyə 1/8 finalda Pol­şa təmsilçisi ilə başlayıb. İnamlı qələbə qazanan Süleymanov daha sonra Qa­zaxıstan idmançısından da güclü olub. O, yarımfinalda xorvatiyalı taekvondoçu ilə döyüşüb və rəqib qələbə qazandığın­dan Taleh bürünc medala sahib olub. 

Qeyd edək ki, komandamız Bakıya bu gün qayıdacaq.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman