Beynəlxalq turnirdə uğurlu nəticə

post-img

Azərbaycan Gimnastika Federasi­yasının məlumatına görə, həftəsonu bədii gimnastlarımız uğurlu çıxışları ilə yadda qalıblar. Belə ki, bədii gim­nastika üzrə Azərbaycan yığma ko­mandasının üzvləri Leyli Ağazadə, Alina Məmmədova və Mədinə Dəmi­rova 31 mart – 3 aprel tarixlərində Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən “Sua­da Dilberoviç” beynəlxalq turnirində uğurlu çıxışları ilə yadda qalıblar. 

İdmançılarımız turnirdə 15 medal (5 qızıl, 5 gümüş, 5 bürünc) qazanıblar.

Millimizin üzvləri Alina Məmmədova üç qızıl (çoxnövçülük, halqa, top), bir gümüş (lent), bir bürünc (gürzlər), Leyli Ağazadə iki qızıl (gürzlər, lent), iki gü­müş (çoxnövçülük, halqa), bir bürünc (top), Mədinə Dəmirova isə iki gümüş (top, gürzlər) və üç bürünc (çoxnövçü­lük, lent, halqa) medala sahib çıxıblar.

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman