MOK və Kino Agentliyi idman filmləri sahəsində əməkdaşlıq imkanlarını müzakirə ed

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Milli Olimpiya Komitəsi ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında görüş keçirilib.

XQ xəbər verir ki, mayın 25-də Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan idmanı və idman nailiyyətlərinin kino vasitəsilə təbliği məqsədilə görüş təşkil olunub.

Görüşdə idman və olimpizm mövzusunda bədii, sənədli, qısa və tammetrajlı filmlərin çəkilməsi, bu istiqamətdə yeni ssenarilərin hazırlanması, həmçinin beynəlxalq idman filmləri festivalının davamlı keçirilməsi üçün əməkdaşlıq imkanları müzakirə edilib.

Çıxışlarda Azərbaycan idmanının zəngin uğur salnaməsinin kino sahəsi üçün böyük potensial yaratdığı vurğulanıb. Qeyd olunub ki, Olimpiya çempionları və tanınmış idmançılar haqqında çəkilən filmlər gənc nəslin sağlam həyat tərzinə, idmana və vətənpərvərlik ruhuna marağının artırılmasında mühüm rol oynaya bilər.

Görüş zamanı Azərbaycanın müxtəlif bölgələrində və azad olunmuş ərazilərdə idman filmlərinin nümayişi, sağlam həyat tərzi və olimpizm prinsiplərinin təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olub.

İdman