Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizə və dost Azərbaycan xalqına ölkənizin milli bayramı münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi göndərirəm.

Etibarlı tərəfdaşımızın sosial-iqtisadi inkişafda və beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsində qazandığı uğurlara ürəkdən sevinirik.

Ölkələrimiz arasında möhkəm tarixi dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan strateji tərəfdaşlığın davamlı inkişaf tendensiyasına malik olmasını qeyd etmək sevindiricidir.

Əmin olduğumu bildirirəm ki, birgə səylərimizlə konstruktiv əməkdaşlığımızı bundan sonra da gücləndirəcəyik və ölkələrimizin xalqlarının əsas maraqlarına cavab verən çoxplanlı qarşılıqlı fəaliyyətimizin daha da dinamik inkişafını təmin edəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və yeni-yeni uğurlar, dost Azərbaycanın qardaş xalqına isə hər zaman aydın səma, firavanlıq, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

 

 

Emoməli Rəhmon

Tacikistan Respublikasının Prezidenti

Məktublar