NASA-dan Günəş qalxanı

post-img

Günəşdə baş verən partlayışlar nə­ticəsində meydana gələn fırtınalar Yer kürəsinə mənfi təsir göstərir. NASA alim­ləri bu fırtınaları əvvəlcədən aşkar etmək üçün süni intellektdən istifadə edəcəyini açıqlayıb. Məlumatı “foxnews.com” saytı verib.

NASA tərəfindən hazırlanan yeni model “Dagger” (Deep Learning Geomagnetic Perturbation) adlanır. Onun vasitəsilə Günəş fırtınasının Yer kürəsini harada vuracağını 30 dəqiqə öncədən proqnozlaşdırmaq mümkündür. Alimlərin fikrincə, fırtınalara hazırlaşmaq və elektrik şəbəkələrinə, kritik infrastrukturlara ciddi təsirlərin qarşısını al­maq üçün bu müddət kifayət edir.

Həmçinin bu yeni süni intellekt modeli Günəş­də baş vermiş iki geomaqnit qasırğa zamanı sı­naqdan keçirilib. Hər iki halda “Dagger” fırtınanın dünyaya təsirini tez və dəqiq proqnozlaşdırıb. Qeyd edək ki, bu modeldən digər kosmik şirkətlə­rin də istifadə edə biləcəyi açıqlanıb. 

 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Son xəbərlər