XIII turun nəticələri

post-img

“TamGənc” Tələbə Basketbol Liqasında 13-cü turun oyunları keçirilib. ABB-nin sponsorluğu ilə Azərbaycan Texniki Universitetinin idman zalında “TamGənc” Tələbə Basketbol Liqasının on üçüncü turunun oyunları keçirilib. 


XIII turun görüşləri çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) Azərbaycan Ddövlət Neft və Sənaye Universitetinə (ADNSU) 55-76 hesabı ilə məğlub olub. Digər qarşılaşmada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA)  Xəzər Universitetinə 67-79 hesabı ilə uduzub. 
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) isə  Azərbaycan Texniki Universiteti (ATU) ilə bacarmayıb– 66-119.
Qeyd edək ki, 13 turdan sonra çempionata, məğlubiyyətsiz ATU komandası başçılıq edir.


Elçin AĞAMİRZƏ, 
“Xalq qəzeti”

İdman