Günel Bədəlovaya etimad

post-img

Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun Baş Assambleyası keçirilib. Assambleyada Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib.


Bu barədə federasiyadan məlumat verilib. Bildirilib ki, Baş Assambleyada qitə qurumuna seçkilər onlayn formatda təşkil edilib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Qış İdmanı Növləri Federasiyasının baş katibi Günel Bədəlova növbəti 4 il müddətinə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib.

 

Elçin AĞAMİRZƏ, 
“Xalq qəzeti”

İdman