“NTD BK” liderdir

post-img

Azərbaycan Basketbol Liqasında XXI turun açılış matçı keçirilib. “Sərhədçi” İdman Mərkəzində təşkil edilən oyunda “NTD BK”  komandası “Neftçi İK” ilə qarşılaşıb. 


Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən aldığımız məlumata görə, oyuna “NTD BK”  basketbolçuları üstün başlayıblar. Görüş “NTD BK” komandasının 109-80 hesablı qələbəsi ilə yekunlaşıb. 
Matçın ən məhsuldar basketbolçuları “NTD BK” komandasından Kuinton Kempbel (26 xal, 7 ribaund), “Neftçi İK”-dan isə Yuri Kondrakov (26 xal, 5 ribaund) olublar. 
Qeyd edək ki, hazırda turnir cədvəlinə 36 xalı olan “NTD BK” başçılıq edir. Lideri 34 xalla “Sabah BK” komandası izləyir. 

 

Elçin AĞAMİRZƏ, 
“Xalq qəzeti”

İdman