Məhəmməd Abdullayev yarımfinalda

post-img

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində yarımfinala yüksəlib. Azərbaycan Boks Federasiyasının məlumatına görə, +92 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz A kateqoriyalı yarışın dörddəbir final mərhələsində Hindistan təmsilçisi Narenderi məğlub edib.


Dünya çempionatının mükafatçısı 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
Boksçumuz yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməd finala gedən yolda bu gün özbəkistanlı Bahodir Jalolovla döyüşəcək.
Qeyd edək ki, turnirin dörddəbir finalında daha 2 boksçumuz qüvvəsini sınayacaq. Malik Həsənov (63,5) Mujibillo Tursunovla (Özbəkistan), Zeynəb Rəhimova (54 kq) Mixaela Robleslə (Argentina) üz-üzə gələcək. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Monikanı (Hindistan) sınağa çəkəcək.


Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman