Yasamal və Nərimanovda mopedlər oğurlanıb

post-img

Yasamal rayonunun A.M.Şərifzadə küçəsindən bir nəfərin “Tufan” markalı mopedinin oğurlanması barədə Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinə məlumat daxil olub. 

DİN mətbuat xidmətinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən K.Hüseynov müəyyən olunaraq mopedlə birgə saxlanılıb.  

Sentyabrın 1-nə keçən gecə isə Nərimanov rayonunun A.Nemətulla küçəsindən bir nəfərin mopedi oğurlanıb. 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.İsmayılov mopedlə birgə saxlanılıb.  

Hər iki faktla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə