Bank kartlarından pul oğurlayanlar yaxalanıblar

post-img

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə avqustun 29-da bir nəfərin bank kartından 4000 manatının oğurlanması barədə məlumat daxil olub. 

Xəbəri DİN mətbuat xidməti verib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Nəsibov müəyyən olunaraq saxlanılıb. 

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşları isə rayon ərazisində bir nəfərin bank kartından 720 manatını oğurlamaqda şübhəli bilinən F.Ağayevi saxlayıblar.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat