Paralimpiya komandamızdan Parisdə daha bir qızıl medal

post-img

Azərbaycan komandasının Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında uğurlu çıxışı davam edir. 

Komandamız dünən keçirilən yarışda daha bir qızıl medal qazanıb. Azərbaycan təmsilçisi Səid Nəcəfzadə T12 kateqoriyasında uzunluğa tullanma növündə böyük əzmkarlıq göstərərək 7,27 metr nəticə ilə rəqibləri üçün əlçatmaz olub. Toki Paralimpiadasında bürünc medal qazanan idmançımız bu dəfə çempion adına layiq görülüb. 

Dünən, həmçinin ən titullu paralimpiyaçımız Raman Salei S13 kateqoriyasında 50 metr məsafəyə sərbəst üsulla üzmədə gücünü sınayıb. İdmançımız 24,39 saniyə ilə 9-cu olub. O, ilk "8-liy"ə düşə bilmədiyi üçün finala vəsiqə qazanmayıb.

Bununla da, komandamızın qazandığı medalların sayı 4-ə çatıb. Parataekvondoçulardan İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram) Paralimpiya çempionu olub, Raman Salei (S12 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə) gümüş, Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) bürünc medal qazanıb.

 

İdman