Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) Daxili İşlər Nazirliyi (DİN) və İstintaq Komitəsi ilə birlikdə Ukrayna xüsusi xidmət orqanlarının “Rossiya seqodnya” və RT-nin baş redaktoru Marqarita Simonyanın qətlinin hazırlanmasının qarşısını aldığını bildirib. “Kommersant” yazır ki, jurnalist Kseniya Sobçakın qətlinin də planlaşdırıldığı iddia edilir.
FTX-nin məlumatına görə, qətllərin hazırlanmasında neonasistlərin “Paraqraf-88” qruplaşmasının üzvləri iştirak ediblər. Guya onlar bunu Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) göstərişi ilə ediblər. İyulun 14-də Moskvada və Ryazan vilayətində qruplaşmanın üzvləri “iş və həmlə obyektlərinin yaşayış ünvanlarında kəşfiyyat” apararaq saxlanılıblar. Saxlanılanların sayı barədə məlumat verilmir.
Onlardan “Kalaşnikov” avtomatı, 90 patron, bıçaqlar, rezin dəyənəklər, qandallar, şevronlar və nasist simvolları olan bayraqlar, nasist ədəbiyyatı, həmçinin “cinayətkar niyyətlərini təsdiq edən məlumatlar olan rabitə və kompüterlər” götürülüb. ” FSB iddia edir ki, istintaq zamanı “onlar UTX-nin göstərişi ilə hər qətlə görə 1,5 milyon rubl mükafat üçün sui-qəsd cəhdlərinin hazırlandığını təsdiqləyiblər".
"Xalq qəzeti"