Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1001 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”na “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini – gömrük xidməti general-leytenantı” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri – gömrük xidməti general-mayoru”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 mart 2024-cü il