“Türkoloji dilçilik məsələləri” kitabı nəşr olunub

post-img

Bakı Dövlət Universitetinin (BDU) Türkologiya kafedrasının professoru Elbrus Əzizovun “Türkoloji dilçilik məsələləri” kitabı nəşr olunub.

BDU-dan XQ-yə bildirilib ki, nəşrə tanınmış alimin türkoloji dilçiliyin, o cümlədən Azərbaycan dilçiliyinin nisbətən az tədqiq olunmuş məsələlərinə həsr olunmuş məqalələri daxil edilib. Kitabın “Ümumi məsələlər” bölməsində Mahmud Kaşğari, Vilhem Tomsen və Bəkir Çobanzadənin dilçilik görüşləri, türk yazılı abidələrinin lüğət tərkibi, “Azərbaycan dili məsələləri” bölməsində isə ədəbi-bədii dil, dil tarixi və dialektologiya mövzuları əhatə olunub.

Kitabın elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri professor İsmayıl Məmmədli və BDU-nun Türkologiya kafedrasının dosenti Afaq Məmmədovadır.

Kitabdan dilçilik sahəsində tədqiqat aparan mütəxəssislər, tələbə, magistrant və doktorantlar faydalana bilərlər.

Elm