Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) taekvondo üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı start götürüb. Dörd gün davam edəcək yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçunun iştirakı nəzərdə tutulur.
Gənclər arasında ölkə birinciliyində ümumilikdə 317 idmançı (202 oğlan, 115 qız), böyüklər arasında ölkə çempionatında isə 119 taekvondoçu (81 kişi, 38 qadın) mübarizə aparır.
Ölkə birinciliyinin ilk günündə oğlanlar arasında 45 kq, 55 kq, 68 kq, 78 kq, +78 kq, qızlar arasında +59 kq, +68 kq şəki dərəcələrində qaliblər müəyyənləşib.
Qeyd edək ki, çempionatın ilk üç günü gənclər arasında ölkə birinciliyinin görüşləri, böyüklər arasında Azərbaycan çempionatının qarşılaşmaları isə yarışın son günü – dekabrın 27-də baş tutacaq.
Qabil YUSİFOĞLU
XQ

