Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.
Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən tarixi bir hadisədir. Bu qərar milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addım olmaqla yanaşı, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
Bu il ilə əlaqədar olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Konstitusiya və Suverenlik İli” adlı metodik vəsait hazırlanıb. Vəsaitdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, bu tarixi hadisə ilə bağlı giriş məqaləsi və kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair metodik tövsiyələr verilib.
Əlavələr bölməsində 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Gününün qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı, Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı istifadəçilərin diqqətinə çatdırılıb.
Metodik vəsait ilə tanış olmaq istəyənlər https://www.anl.az/down/Konstit.suverenlik.pdf linkindən istifadə edə bilərlər.