Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul olunublar. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da artıb və ötənilki göstəricidən 695 nəfər daha çoxdur.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə avqustun 26-da keçirdiyi mətbuat konfransında söyləyib.
M.Abbaszadə bildirib ki, subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universiteti (584), Mingəçevir Dövlət Universiteti (569 nəfər) Azərbaycan Texnologiya Universitetinə (527 nəfər) və Lənkəran Dövlət Universitetinə (505 nəfər) qəbul olunub.
“Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.84 faizinin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 43.52 faizinin subbakalavrlar olduğunu görərik”, - deyə M.Abbaszadə qeyd edib.