Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VII qurultayı keçirilir

post-img

Avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VII Qurultayı keçirilir.

AZƏRTAC xəbər verir ki, qurultayın gündəliyindəki əsas məsələ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni sədrinin seçilməsidir.

Qeyd edək ki, 26 sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqı olan AHİK-in 1 milyon 500 min üzvü var. Təşkilatın indiyədək altı qurultayı keçirilib.

Qurultayda hər üzv təşkilatdan 5 nəfər iştirak edir.

Sosial həyat