Bakıda beynəlxalq elmi konfrans keçirilir - YENİLƏNƏCƏK

post-img

Bakıda Azərbaycan Universiteti, Türkiyənin Sakarya Universiteti, ABŞ-nin Vaşinqton Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Social Work & Social Research” (Sosial İş və Sosial Tədqiqat) beynəlxalq elmi konfransı işə başlayıb. 

XQ xəbər verir ki, Azərbaycan Universitetinin ev sahibliyində təşkil olunan ikigünlük konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və bu kimi digər məsələlər diqqət mərkəzində olacaq və fikir mübadiləsi aparılacaq.

Konfransda Milli Məclisin deputatları, yerli və beynəlxalq mütəxəssislər və alimlər iştirak edirlər.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Elm