Ermənistan qonşularla münasibətləri korlayır, Azərbaycan yaxşılaşdırır

post-img

“Heç bir ölkə, hətta KTMT və ya Rusiya Ermənistanı təhdid edən müharibənin qarşısını ala bilməz. Çünki 2018-ci ildən sonra Ermənistan hökumətinin yanlış siyasəti nəticəsində, Bakının səmərəli fəaliyyəti sayəsində müttəfiqlərimiz Azərbaycanın müttəfiqinə çevriliblər”.

“Caliber” xəbər verir ki, bu barədə erməni alimi, tarix elmləri namizədi Sergey Melkonyan Ermənistan mətbuatına müsahibəsində bildirib.

“Ermənistan Rusiyanı tənqid edir, Qərbdən dəstək alır. Üstəlik, Ermənistan hətta İranla da münasibətləri korladı. Burada Aİ-nin Ermənistanda yerləşən müşahidə missiyasının rəhbəri Markus Ritterin sözlərini yada salmaq məcburiyyətindəyəm: hərbi əməliyyatlar baş verərsə, biz hərbi əməliyyatların aparıldığı yerləri tərk edəcəyik”, - S.Melkonyan bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət