Ermənistanda ölkəni tərk edənlər geri qayıdanlardan çoxdur

post-img

“Ermənistanda demoqrafik vəziyyət pisləşməkdə davam edir, ölkəni tərk edənlərin sayı geri qayıdanların sayından çoxdur”. Bu barədə Ermənistanın “168.zham” nəşrində dərc olunan məqalədə deyilir.

Məqalədə bildirilir ki, əgər ilin birinci yarısının sonunda daxil olan və gedənlər arasında balans müsbət idisə, iyul ayından etibarən mənzərə kəskin şəkildə dəyişib. Belə ki, cari ilin iyul-sentyabr aylarında əhalinin xaricə axını 29 min nəfəri ötüb. 

Buna ən başlıca səbəb kimi hökumətin yanlış siyasəti nəticəsində Ermənistanda və ətrafında təhlükəsizlik vəziyyətinin və atmosferinn zaman-zaman pisləşməsi göstərilir.  

Məqalədə bəzi ölkələrdən Ermənistana insan axınının fəallaşdığı da qeyd olunur. Bildirilib ki, xüsusilə Ermənistana çoxlu sayda Hindistan vətəndaşları iş tapmaq və məskunlaşmaq ümidi ilə gəlirlər.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Siyasət