2022-2023-cü illərdə 38 min müəllim sertifikatlaşdırma imtahanında iştirak edib.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” tədbirində deyib.
Emin Əmrullayev qeyd edib ki, sertifikatlaşdırma imtahanında iştirak edən ibtidai sinif müəllimlərinin 53 faizi orta ixtisas, 47 faizi isə ali təhsilli olub: "İmtahan verən orta ixtisas təhsilli müəllimlərin orta balı 37, ali təhsillilərin isə 41 olub. 0-29 bal toplayanlardan 38 faizi orta ixtisas təhsilli, 20 faizi isə ali təhsilli olub".
Rizvan FİKRƏTOĞLU,
Elşən AĞALAR (foto)
“Xalq qəzeti”