Oktyabrın 22-də Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 182–227-ci kilometrliyinin kənarında növbəti ağacəkmə aksiyası keçirilib.
Göyçay Rayon İcra Hakimiyyətindən mətbuata bildirilib ki, indiyədək aksiya zamanı avtomobil yolunun kənarlarına 4731 ədəd ağac və gül kolları əkilib. Yeni əkilən tinglər suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib və ərazidə müvafiq abadlıq işləri aparılıb.
Ağacəkmə aksiyası növbəti günlərdə də davam etdiriləcək.
Qeyd edək ki, oktyabrın 18-27-də Göyçay rayonu ərazisində Bakı–Şamaxı–Yevlax avtomobil yolunun kənarlarına, ümumilikdə, 10 min ədəd müxtəlif növ ağac və gül kollarının əkilməsi nəzərdə tutulur.
XQ