Yayın vida yağışı

post-img

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən mətbuata ve­rilən məlumata görə, səhər bəzi yerlərdə yağış yağacağı eh­timalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütu­bət gecə 65-70 faiz, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış ya­ğacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq əra­zilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya