Azərbaycan–İsrail COP29 əməkdaşlığı

post-img

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29 iqlim məsələləri üzrə Azərbaycan və İsrail arasında əməkdaşlığı genişləndirmək üçün əlverişli imkandır. Bu barədə İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bıstritski “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Biz hər iki ölkənin ekspertlərinin on­layn görüşündə iştirak etdik. Bu görüşdə oxşar səhralaşma problemləri və onların mümkün həlli yolları müzakirə olundu”, – deyə Y.Bıstritski qeyd edib. Diplomat, həmçinin İsrail tərəfinin Bakıda keçirilə­cək iqlim konfransı çərçivəsində birgə paralel tədbirlər keçirməyi planlaşdırdığı­nı da vurğulayıb.

Ekologiya