COP29-a beynəlxalq elmi tədqiqat və təhsil institutlarının da maraq və təşəbbüsləri qoşulur

post-img

Azərbaycanda “Yaşıl Enerjiyə Dəstək Elmi-İnnovativ Təşəbbüs Qrupu” (YEDEİTQ) yaradılmışdır. Ölkəmizin,  elecə də dünyanın Azərbaycanda keçiriləcək möhtəşəm COP-29 tədbirinə təşkilatçılığı zəminində formalaşan bu  böyük hərəkata öz elmi-innovativ töhfəsini vermək üçün yaradılan yerli və xarici ölkələrdən olan ali təhsil və tədqiqat ocaqlarının birgə təşəbbüs fəaliyyəti bu Təşəbbüs Qrupundan   əlaqələndirilir.

“Yaşıl Enerjiyə Dəstək Elmi-innovativ Təşəbbüs Qrupu”nun Əlaqələndirmə Şurasından XQ-ə verilən məlumata görə, Təşəbbüs Qrupunun  əsas fəaliyyət məqsədi  COP-29  tədbiri ərəfəsində eləcə də bundan sonrakı mərhələdə ölkəmizin Yaşıl Enerji strategiyasının möhkəmlənməsi və təbliği məqsədlərinə xidmət edəcək.  

“COP-29 Cənubi Qafqazın və dünyanın yeni ekoloji rifah və sabitlik Platformasıdır” mövzusunda Beynəlxalq Konfransın təşkili də bu ilin sentyabr ayı üçün düzənlənmişdir. Xarici  ölkələrin  tanınmış elm və təhsil ocaqlarının (ABŞ, Qərbi Avropa, Rusiya, Türkiyə, Şərqi Avropa) COP-29-a, eləcə də ölkəmizin yaşıl enerji siyasətinə dəstəyi istiqamətində  elmi-innovativ səyləri artır. COP-29-a dəstəyin beynəlxalq zəmində gücləndirilməsi istiqamətində xarici elmi institut və tədqiqat ocaqları ilə daxili elmi tədqiqat və təhsil institutlarımızın əlaqaləndirilməsi işlərini  də genişləndirmək vacib hədəflərdəndir.

Yaşıl Enerjiyə Dəstək Elmi - İnnovativ Təşəbbüs Qrupu” nun fəaliyyəti Əlaqələndirmə Şurası vasitəsilə həyata keçirilir. Təşəbbüs Qrupuna 40 -dan artıq xarici nüfuzlu elm, təhsil ocaqları qoşulmuşdur.

 “Yaşıl Enerjiyə Dəstək Elmi - İnnovativ Təşəbbüs Qrupu”na üzvlük könüllü əsaslarla ictimai və dövlət maraqlarımıza dəstək olmaqla xarici ölkə elm və təhsil institutları tədqiqatçıları üçün açıqdır.

 

 

Ekologiya