Yağıntılı, küləkli və dumanlı

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, 7-də Bakıda və  Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.  Axşama doğru tədricən kəsiləcək. 

Arabir güclənən şimal-qərb küləyi əsəcək,  günün ikinci yarısında mülayimləşəcək.  Gecə 10-12°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 70-80  faiz  olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv  olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 15-20°, dağlarda gecə 2-7°, gündüz 7-12° isti olacaq. 

Q.QASIMOV 
XQ

 

Ekologiya