Dünən Azərbaycan mətbəxi nümunələri Aşqabad Beynəlxalq Məktəbində təşkil olunmuş Beynəlxalq Kulinariya Festivalında təqdim edilib.
Ölkəmizin Türkmənistandakı səfirliyindən bildirilib ki, buradakı Azərbaycan pavilyonunda ziyarətçilərə plov, dovğa, dolma, qutablar, həmçinin paxlava və şəkərbura kimi şirniyyatlar təqdim olunub.
Xəbərdə qeyd edilir ki, festivalda, Azərbaycan kulinariyasının ənənəvi reseptləri barədə də məlumat verilib. Ziyarətçilər ölkəmizin tarixi və turizm potensialı, xalqımızın mədəniyyəti haqqında kitab və broşürlərlə tanış olublar.
AYTƏN
XQ