Kayseridə Şuşa sevgisi

post-img

Kayseri şəhəri Türkiyənin Anadolu bölgəsinin əsas sənaye mərkəzlərindən biridir. 44 günlük Qarabağ zəfərindən sonra azad olunmuş Şuşa şəhəri ilə qardaşlaşan Kayseri Azərbaycanla əlaqələrini genişləndirməkdə qərarlıdır. 

Şuşa və Kayseri şəhərlərinin qardaşlaşmasından sonra Anadolu – Azərbaycan Mədəniyyət, Dostluq və Həmrəylik Dərnəyi qurulmuşdur. Bu günlərdə dərnəyin fəalları “Kətə gecəsi” adlı tədbir təşkil ediblər. 

Tədbirdə dərnəyin sədri İsmət Taymuş qardaş ölkədə tanınmış mədəniyyət xadimidir, əsli İğdır bölgəsindəndir. O, uzun müddətdir Kayseri vilayətinin mədəniyyət müdiri vəzifəsində çalışır. İ.Taymuş fikirlərini belə ifadə etdi:

– Azərbaycanın Qarabağ zəfəri göstərdi ki, kökümüzün, soyumuzun, dil və dinimizin eyni olduğu qardaşlarımızla bir araya gələrkən və bir məqsəd uğrunda mübarizə edərkən bacarmayacağımız heç nə yoxdur. Millətimizin bir-birinə daha da yaxın olması, dəstək verməsi çox önəmlidir. Dərnəyimizin qurulmasına qəlbində Azərbaycan sevgisi olan Kayserinin tanınmış ziyalıları dəstək vermişlər. 

İ.Taymuş sonda dedi ki, qardaşlıq əlaqələrinin təsisi üçün hazırladığımız proqramlarımız və layihələrimiz vardır. Onları həyata keçirməkdə qərarlıyıq. 

Qafar ÇAXMAQLI
XQ

 

Son xəbərlər