Aranda yağmursuz, dağlarda yağış və duman

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən mayın 1-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.


Gecə 14-18° , gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 55-65, gündüz 40-45 faiz olacaq. Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 26-31°, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacaq.


Q.QASIMOV
XQ

Ekologiya