Aranda yağmursuz, dağlarda yağıntılı...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlu­mata əsasən aprelin 21-də Bakıda və Abşe­ron yarımadasında hava əsasən yağmursuz keçəcək. 

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Gecə 13-18°, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütu­nundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gün­düz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə in­tensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yük­sək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperatu­ru gecə 12-17°, gündüz 25-30°, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya