Gün yağıntılı, arabir də dumanlı keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 22-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 

Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 2-4°, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq. Azər­baycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq külə­yi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya